Hipertoniya
Hamilə qadınların tez tez rastlaşdığı paratogiyalardan biri də hipertoniya yəni yüksək arterial təzyiq problemidir.
Adətən baş ağrıları, başgicəllənmə, qulaqlarda küy, təngnəfəslik, ürəkdöyünmə, tez yorulma əlamətləri ilə təzahür edir. Arterial təzyiq hamiləliyin 1-ci üçaylığı zamanı azalır. Buna səbəb prostasiklinin və endotelial boşalma faktorunun sintezinin artmasıdır. Hamiləliyin 2-ci üçaylığında arterial təzyiq stabil olaraq əvvəlki vəziyyətdə qalır.
Əsasən hamiləliyin sonuncu aylarına doğru təzyiq artmağa başlayır. Adətən hamiləlik zamanı təzyiqin artmasına səbəb böyrəkdə baş verən patoloji dəyişikliklərdir. Bu dəyişikliklərə aşağıdakıları misal göstərmək olar:
- preeklapsiya, eklampsiya
- xroniki arterial hipertenziya
- xroniki hipertenziya preeklapsiya ilə birgə
- hestasion hipertenziya
Yüksək AT-li hamilələrin 80%-də mayalanmadan əvvəl yaranan və ya hestasiyanın ilk 20-ci həftəsində təzahür edən xroniki arterial hipertenziya hipertoniya xəstəliyinin (essensial hipertoniya) inkişafı ilə bağlı olur. Hamilələrdə xəstəliyin ilkin təzahürü və ya ağırlaşmasının təkan anı sirkulyasiya edən qanın həcminin artmasıdır.
Diaqnoz arterial təzyiqin ölçülməsi, EKQ, ExoKQ, böyrəküstü vəzi və böyrəklərin USM, qan və sidiyin laborator analizlərinin köməyilə qoyulur.
Standart müalicə hipotenziv preparatların (selektiv β1-adrenoblokator, α2-adrenomimetik, kalsium antaqonistləri, vazodilatatorlar) fetoplasentar kompleksin fəaliyyətini yaxşılaşdıran vasitələrlə kombinasiyasından ibarətdir
Davamlı hal alan yüksək arterial təzyiq zamanı dərhal həkiminizə müraciət etməyiniz tövsiyyə olunur. Çünki hamilə bir qadında yüksək qan təzyiqi plasentanın vaxtından öncə ayrılmasına, ananın beyin insultu keçirməsinə, böyrək çatışmazlığına, ananın damarlarında trombun əmələ gəlməsinə, ana bətnində uşağın ölümünə, uşağın vaxtından öncə doğulmasına və zəif inkişaf etməsinə səbəb ola bilir.
