Tez-tez verilən suallar
Hamiləlik zamanı hər bir qadın nəyi isə düzgün etmərəm deyə daim təlaş içindədir və beynində daim çoxlu suallar dolaşır.
Hamiləlik boyunca hər ay neçə kq kökəlmək olar?
Hamiləlikdə çəki artımının izlənməsi çox əhəmiyyətlidir. İdeal kilosunda olan bir ana namizədi üçün ilk üç ay müddətində hər ayda 0.5-1 kilo, sonrakı aylarda isə 1.5-2 kilo çəki artımı normaldır. Hamiləlikdə nə qədər kilo alabiləcəyiniz öncəki çəkinizdən çox asılıdır. Lakin bu proses tam olaraq belə getmir. Çəkinizindən asılı olmayaraq siz gündəlik özünüzün və körpənizin ehtiyyacı olan zülal, vitamin bir sözlə dəyərli qidaları mütləq qəbul etməlisiniz. Çəkiniz ləng artırsa bu o deməkdir ki, körpəniz sağlam qida ilə tam təmin olunmur. Hamiləlikdə sürətli çəki artımı diabet, uşağın ağır çəkili olması, venaların varikoz genişlənməsinəsəbəb ola bilər.
Hamiləlikdə cinsi əlaqə təhlükəlidirmi?
Bir çox valideyn namizədləri cinsi əlaqə zamanı uşağa zərər gələr deyə təşvişə düşürlər. Bilməlisiniz ki, cinsi əlaqə sağlam hamiləlik üçün heç bir təhlükə yaratmaz. Uşaq maye olan döllük kisəylə qorunur və selik tıxacla girişi bağlanır. Hamiləlikdə cinsi əlaqə nə zaman təhlükəli ola bilər?
- Uşaqlıq boynu çatışmazlığı
- Düşük təhükəsi yaxud vaxtından əvvəl doğuş təhlükəsi
- Cinsi əlaqə zamanı ağrı
- Döl ətrafı mayenin axma təhlükəsi
- Çox döllü hamiləlik zamanı
- Qanlı ifrazatlar görünəndə
- Partnyorlardan birində infeksiya əlaməti
Ürək bulanma və qusma məni çox narahat edir, bundan necə xilas ola bilərəm?
İlk öncə bilməlisiniz ki, ürək bulanma, qusma, ağız şirəsi ifrazının artması, şişkinliklər, dəri problemləri və digər bu kimi toksikozlar hamiləlik sonlandıqdan sonra keçib gedən patoloji haldan başqa birşey deyil. Səhərlər yavaş-yavaş qalxın və bir az tez-tez nəfəs alın, yataqdan durmadan nahar etməyi sınayın, arabir quru meyvə,nanə, limon və zəncəfil yeyin, acı yeməklər uzaq olun və fizki aktiv olun.
Hamiləliyim müddətində gündəlik fərdi baxımımda (diş baxımı, duş almaq və s…) fərqlilik olacaqmı?
- Hormonal dəyişmələr diş ətinizdə iltihaba, qusma isə dişlərinizdə çürüməyə yol açmaması üçün gündə azı 2 dəfə dişlərinizi fırçalamalısınız.
- Hər gün duş qəbul etməniz isə sizi rahatladar. Hamiləlik boyunca duş qəbul etmədə bir sərhəd yoxdur. Ancaq ayaq üstə duş qəbul etməyə üstünlük verməlisiniz. Saçlarınızı isə doğuşdan sonra rəngləməniz tövsiyə edilir.
- Hamiləlikdə artıq şişkinlik başladığı zaman vücudda çəhrayı xətlər, çatlar yarana bilər. Tərkibində hyaluronik asid olan kremlərin 12 həftədən sonra istifadəsi faydalı olur.
USM ziyandırmı?
Hər bir hamilə qadın müayinəyə gəldikdə ilk növbədə ultrasəsin mənim körpəmə bir ziyanı varmı?-deyə maraqlanır. Təbii ki yox- ultrasəs müayinəsi rentgen deyil və dölün müxtəlif orqanlarına heç bir ziyanlı təsiri yoxdur. Hər bir hamilə qadın hamiləlik dövründə minimal olaraq 4 dəfə ultrasəs müayinəsindən keçməlidir: İlk olaraq hamiləliyin 7- ci həftəsinə qədər, ikinci müayinə 12- 13 həftəsində, üçüncü müayinə 20- 25 həftələrdə, sonuncu müayinə isə doğuşa yaxın yəni 37- 38 həftələrdə.
