Riskli və Ektopik Hamiləliklər
Nə vaxt hamiləlik riskli adlanır və səbəbləri nədir?
- Ana çox zəif və ya çox kökdürsə;
- Ana və ata arasında qohumluq əlaqəsi varsa;
- Ana siqaret və ya alkoqol qəbul edirsə;
- Əgər ananın yaşı 18-dən aşağı və ya 35-dən yuxarıdırsa;
- Anada mövcud olan xəstəliklər;
- Ana hər hansı bir səbəbdən dərman qəbul edirsə;
- Ananın anamnezində təkrarlanan düşüklər varsa;
Nə üçün hamiləlik təqib olunmaılıdır?
Qadının əvvəl heç bir sağlamlıq problemi olmadığı halda, hamilə qaldıqdan sonra tamamilə hamiləliklə əlaqədar ortaya çıxan problemi ola bilər. Lakin bəzi hamiləliklər başlanğıcdan etibarən müxtəlif risklər daşıyır və bu risklər ananın və dölün sağlamlığına mənfi təsir göstərir. Buna misal olaraq kimi :
- Şəkərli diabet xəstəliyi olan bir qadın hamilə qalırsa
- Təzyiq xəstəliyi olan bir qadın hamilə qalırsa
- Qalxanvari vəzi xəstəliyi olan bir qadın hamilə qalırsa
Ana namizədinin daha əvvəlki hamiləliklərinin təkrarlanan düşüklərlə nəticələnməsi səbəbinin məlum olub və ya olmasından asılı olmayaraq mövcud hamiləliyi də riskli hamiləliklər kateqoriyasına daxil edir. Əvvəlki düşüklərin həftəsi, necə olduğu kimi təfsilatlar və qan analizlərinin köməyi ilə mövcud hamiləliyə nəzarət edilir. Çox erkən düşüklərdə xromosom anomaliyaları, hamiləliyin 3-6-cı ayı arasındakı düşüklərdə uşaqlıq boynu çatışmazlığı, hamiləliyin daha irəliləyən aylarında doğuşdan əvvəl körpə ölümü hallarında isə ananın və ya körpənin xəstəlikləri araşdırılır.
Ektopik hamiləlik
Normal hamiləliyin inkişafı yalnız uşaqlıq boşluğunda gedir. Lakin döl yumurtasının ektopik yerləşməsi – yəni uşaqlıq boynunda, uşaqlıqdan kənar, boruların ampulyar hissəsində yerləşməsi uşaqlıqdan kənar yaxud ektopik hamiləlik adlanır.
Ektopik hamiləlik abortların, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla müqayisədə daha yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən 23-40 yaşlı qadınlarda əksərən sağ boruda rast gəlinir.
Ektopik hamiləliyin aşağıdakı formaları təsnif edilmişdir:
- Boru hamiləliyi.
- Yumurtalıq hamiləliyi.
- Dəqiqləşdirilməmiş hamiləlik.
Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.
Simptomlar beşinci həftədən başlayır. Daha çox rast gəlinən simptom kimi:
- Bir tərəfli qarın ağrısı - bəzi qadınlar bu ağrıları şiddətli və davamlı olaraq təsvir edirlər
- Vaginal qanaxma
Bəzi qadınlar da aşağıdakı simptomlardan bəzilərini bildirirlər:
- Ağrılı sidiyə çıxma
- Ağciyərlərdə ağrı
- Diareya və qusma
Bütün qadınlarda simptomlar büruzə vermir, əslində heç bəzi qadınlarda USM müayinəsinə qədər hamiləliyin ektopik olduğunu bilinmir.
