• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Zahılıq yoxsa Postnatal Depressiya

image description

Zahılıq yoxsa Postnatal Depressiya

Zahılıq dövrü dedikdə doğuşdan dərhal sonra başlayan və 6 həftə davam edən dövr nəzərdə tutulur. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr baş verir. Bu dəyişmələrin aradan qalxması və qadının əvvəlki vəziyyətə qayıtması müəyyən müddət tələb edir.

Gözəl keçmiş doğum, körpənizlə ilk, həyəcanlı bir o qədər də sevincli təmas, ona süd vermə və s. Bunlar gözəl hisslərdir, lakin ani bir ruh düşkünlüyü və qarışıq hisslər...Doğumdan dərhal sonra başlayan bu hal ani əhval dəyişikliyi, emosional sıçrayış, halsızlıqla müşaiyət olunur. Bütün bu qarışıq hisslər içində qadın düşünə bilər ki, bu yaşadıqları Postnatal Depresiya və yaxud elə doğma dildə desək Doğum sonrası Depresiyadır. Lakin özünüzü qorxutmayın, bu sadəcə zahılıq dövründə olduğunuzun əlamətləridir.

Hamiləlik dönəmində estrogen və progesteron hormonları olduqca yüksək həddə qalxır, doğumdan sonra isə onlar güclü düşür. Bu ani dəyişiklik hormonal müvazinətin pozulmasına səbəb olur və məhz bu pozuntu, hormonların normal ifraz edilə bilməməsi anada zahılıq pozuntularına səbəb olur.

Zahılıq dövrü çox erkən (ilk 24 saat içində), erkən (ilk həftə) və gec (qalan 5həftə) olaraq bilinən 3 dövrə bölünür. Bir çox qadınlarda zahılıq dövrü aybaşı siklinin başlaması ilə sonlanır. Əmizdirən analarda isə aybaşı sikli gec başlayır.

Gələk Postnatal yaxud Doğum sonrası Depressiyaya. Doğumdan sonra bəzi qadınlarda təşvişli və hüzünlü bir ruh halı yaranır. Bu hala “analıq hüznü” (baby blues) adı verilmişdir. “Analıq hüznü” yeni doğum edən qadınların 70-80% də müşahidə olunur. Doğumdan sonra bir neçə həftə ərzində qadınlarda tez-tez ağlamaq, günahkarlıq duyğusu, dəyişkən ruh halı və depressiv hal müşahidə oluna bilər.

Hamiləlik qadın həyatında bioloji, psixoloji və sosial cəhətdən dəyişikliklərin yaşandığı bir müddətdir. Bu müddət ərzindəki dəyişikliklər bir çox problemlər yarada bilər. Bu problemlər ən çox anada ağır bir yük və stress yaradaraq ruhi dəyişikliklərə səbəb ola bilir. Belə yaranan ruhi dəyişimə postnatal depressiya deyilir.

Hamiləlik müddətidə ananın bədənində müxtəlif hormonal dəyişikliklər yaranır. Qadınlarda estrogen və progesteron çoxalma hormonları hamiləlik zamanı 10 misil artır və doğumdan sonra səviyyəsi aşağı düşməyə başlayır.

Müşahidələr göstərir ki, əvvəllər bir dəfə də olsa depressiya keçirmiş analarda Postnatal depressiya daha çox görülür.

  • Əgər özünüzü daima əsəbi və yorğun hiss edirsinizsə
  • Uşağınız üçün narahatlıqlarınız artmışsa,hər an ona nəsə olacaq qorxusu ilə yaşayırsınızsa və bu qorxu sizin günlük həyatınıza mənfi təsir edirsə
  • Və yaxudda körpənizi görmək, ona toxunmaq,əmizdirmək içinizdən gəlmirsə, bütün bunları məcburən edir və zövq almırsınızsa
  • Doğuşdan öncə zövq aldığınız şeylər artıq sizi maraqlandırmırsa
  • İştahanızda nəzərə çarpan dəyişikliklər varsa; yemək yemək yadınıza belə düşmür və ya həddindən çox yeyirsinizsə
  • Özünüzə zərər vermək ya da intahar kimi fikirlər ağlınızdan keçirsə;

Postnatal depressiyanin yaranma səbəbləri:

  • Evlilik problemləri
  • Planlaşmamış hamiləlik
  • Daha əvvəlki hamiləlikdə depressiya keçirmiş olması
  • Yüksək riskli hamiləlik yaşamış olması
  • Uşağa qulluq ilə əlaqəli yaranan təşviş
  • Bədən quruluşu ilə yaranan təşviş
  • Nə vaxtsa yaşadığı travma
  • İşsizlik

Müalicəyə gəldikdə isə əsasən yüngülləşdirici tədbir kimi antidepressant dərmanlar,duyğusal dəstək almaq, koqnitiv-bihevioral terapiya, geştalt və interpersonal terapiya tövsiyyə olunur. Depressiya zamanı psixoz hallar müşahidə olunduğu zaman psixotik dərmanlar da müalicəyə əlavə edilə bilər. Yalnız həkiminizin nəzarəti altında dərman qəbul etməniz məsləhət görülür.