Hamiləlikdə fol turşusu
Fol turşusu yaxud digər adıyla desək B9 vitamini – bütün hamilə qadınlara təyin olunur. Bu mühüm element mayalanma prosesində, uşağın inkişafında və onun hamiləlik sonlanana kimi sağlam daşınmasında mühüm rol oynayır.
Hamiləlik dönəmində vitamin komplekslərinin qəbulu fikir ayrılığı yaradan bir məsələdir. Lakin fol turşusuna (B9) gəldikdə mübahisə tamamilə səngiyir. Çünki fol turşusu dölün normal və ahəngdar inkişafı üçün çox vacibdir.
Fol turşusu nuklein turşuları siztezində iştirak edir. Hansı ki, bu sintez olmadan insan orqanizmi hüceyrələrinin tam bölünməsi prosesi baş verməz.
Fol turşusunun faydalarından danışdıqda bura aşağıdakılar aid edilir:
- Yeni hüceyrələrin yaradılmasında iştirak edir.
- DNK RNK sintezinə təsir göstərir.
- Qan yaranma prosesində iştirak edir.
- İmmun sistemini dəstəkləyir.
- Bədxassəli törəmələrin inkişafına mane olur.
- Sümük iliyi işini aktivləşdirir.
- Amin turşularının, zülal və faydalı mikroelementlərin mənimsənilməsini təmin edir və s.
Fol turşusunun qəbulu üçün mütləq hamilə olmağı gözləmək lazım deyil. Fol turşusu qəbuluna uşaq mayalanmasından xeyli əvvəl, hələ hamiləliyin planlaşdırılması zamanı başlamaq tövsiyyə olunur. Çünki müasir dövrümüzdə əlveririşsiz mühit, rasionsuz qidalanma fol turşusunun orqanizmə daxil olması çətinləşdirir.
Təəssüflər olsun ki, fol turşusu ilə zəngin qidalar istehlak etməklə orqanizmi onunla təmin etmək yetərli deyil. Çünki fol turşusu orqanizm tərəfindən həmişə yaxşı sorulmur. Bunun üçün hamiləlik zamanı B9 vitamininin qəbulu həblərlə təmin olunur.
Fol turşusunun dəqiq dozası üçün həkiminizlə məsləhətləşməlisiniz.
