Sonsuzluq
Sonsuzluq xoşagəlməz bir diaqnoz olduğu üçün cütlüklərə bu diaqozu qoymazdan əvvəl sonsuzluğun diaqnostikası və müalicəsi əvvəlcədən düzgün və elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır. Yəni sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda (!) müayinədən keçməlidirlər.
Bu müayinələr aşağıdakılardır:
Kişilər -spermanın keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün spermoqrammanın müayinəsindən keçməlidirlər;
Qadınlar -qanın hormonal müayinəsi - qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur;
USM –ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini müəyyən etmək üçün aparılır;
Sonsuzluğun 40%i kişi amilləri ilə, eyni faizi qadın amilləri ilə əlaqədardır. Qalan 20% isə qarışıq amillərdən qaynaqlanır.
Kişi sonsuzluğunun diaqnostikası xayanın burulması, sperma analizi, kimyaterapiya, orxit, genetik xəstəliklər, hipoqonadizmin müxtəlif növləri, testesteron çatışmazlığı, toxumçıxarıcı yolların inkişaf anomaliyaları, sidik-cinsiyyət yolları infeksiyalarının, stress, varikosel və cinsi pozğunluqların səbəblərinin axtarışına yönəldilir. Çox hallarda kişilərdə sonsuzluğun səbəbi OAT sindromu olur.
Qadın sonsuzluğunun aşağıdakı səbəbləri vardır və diaqnostika bu yöndə aparılır.
- ovulyasıya problemləri
- aybaşı siklinin hormonal disbalansı
- fallop boruları ilə əlaqədar olan problemlər
- endometrioz və endometrioma
- polikistoz yumurtalıqlar sindromu
- uşaqlıq boynu problemlərı
- yaş faktoru
- səbəbi aşkar olunmayan sonsuzluqlar
