Sidik qaçırma
Müayinə
Diaqnozun qoyulmasına xəstə haqda geniş məlumat toplamaqla başlanır. Ətraflı anamnez diaqnoz üçün çox qiymətlidir.
Ginekoloji və lazım gələrsə nevroloji müayinə aparılmalıdır. Çanaq orqanlarının ultrasəs müayinəsi, sidiyin və uşaqlıq yolundan alınan materialın labarator yolla analizi vacibdir. Lazım gələrsə başqa orqanlar da müayinə olunur.
Müalicə
Sidik qaçırmanın həblərsiz sidik kisəsinin məşqi, çanaq dibi əzələlərinin möhkəmlənməsi üçün məşqləri və fizioterapiya ilə müalicəsi yolları var.
Sidiyi saxlaya bilməməyin başlanğıc fazasında, yəni əlamətlər az təzahür edirsə, konservativ, yəni qeyri-cərrahi müalicə (fizioterapevtik və dərmanlarla müalicə), çanaq dibi əzələlərini möhkəmləndirən məşqlər fayda verir. Bütün hallarda ümumi urodinamik vəziyyəti nəzərə almaqla iltihabi xəstəliklərin, sidik kisəsinin neyrogen disfunksiyalarının kompleks müalicəsi aparılmalıdır.
Medikamentoz müalicə adətən urgent sidik saxlamama zamanı effektiv olur. Bunun üçün qadına ilk növbədə spazmolitiklər, antidepressantlar təyin olunur. Bu zaman sidik kisəsinin əzələlərindəki gərginlik hissi azalır, sinir sisteminin sidik çıxışına təlabat siqnalı impulsları sönür.
Tez-tez, ağrılı, yanğılı sidiyə çıxma sidik kanalının iltihabı zamanı baş verir. Uretrit qadınlarda ən çox rast gəlinən patologiyalardan sayılır. Aralıq nahiyəsinin biosenozunu probiotiklərlə neytrallaşdırmaq xəstəliyin əlamətlərinin aradan qalxmasına köməklik edir.
