Normal olmayan vaginal axıntılar
Bəzən qadınlarda rəhm və rəhm ağızının infeksiyalarından dolayı yaranan və təbii olmayan (qoxulu, konsistensiyalı, rəngli) bir vaginal axıntı görülə bilməkdədir.
Bu tərz axıntıların ən sıx səbəbləri vaginanın göbələk (bakteriya) virus xəstəlikləri, vaginada xarici cisimə bağlı axıntılar, rəhm ağızı yaraları, cinsi əlaqə ilə keçən zöhrəvi xəstəliklər ya da bəd xassəli şişlər ola bilər.
Müayinə
Xəstənin cinsi partnyoru da Müayinələr və müalicələr edilməlidir. Əgər eyni vaxtda müalicə getməzsə, malicənin heç bir xeyri olmaz və xəstəlik yenidən təkrarlanar. Müalicə üçün antibiotiklər, ümumiyyətlə 14 günə qədər qəbul edilir. Qarşısı alınmayacaq bir halla qarşı-qarşıya qalınarsa, əməliyyat da icra oluna bilər.
Müalicə
Müalicə hansı səbəbdən baş verdiyi araşdırılaraq ona uyğun aparılır. Yəni infeksiyadırsa, uyğun antibiotiklər, başqa bir səbəbdirsə, vaginal müalicələr və ya əməliyyat edilə bilər.
Müalicədə, ümumiyyətlə ağızdan və ya damar içinə və ya əzələ içinə qəbul olunan antibiotiklər istifadə edilir. Bəzən müalicəyə vaginal istifadə edilən dərmanlarda əlavə oluna bilər. Müalicə müddətində cinsi əlaqədən çəkinmək məsləhətdir.
