• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Bartolin vəzi kistinin müayinəsi və müalicəsi

image description

Bartolin vəzi kistinin müayinəsi və müalicəsi

Müayinə

Bartolin vəzi kisti adi ginekoloji müayinə zamanı asanlıqla təyin oluna bilir. Bartolin vəzin kisti olan xəstənin ginekoloji müayinəsi zamanı cinsiyyət dodağının bir tərəfli ödemi, cinsi dəliyin asimmetriyası aşkarlanır. Bartolin vəzin kistinın iltihablaşmadığı hallarda həmin nahiyənin üzərindəki dəri öz adi rəngini saxlayır. Palpasiyada böyük cinsiyyət dodağının qalınlığında zəif ağrılı elastik konsistensiyalı kistoz törəmə müəyyən edilir. Bartolin vəzin absesi zamanı ağrı, toxumaların şişkinliyi, hiperemiyası, flüktuasiya, bəzi hallarda irinli mövtəviyyatın axması izlənilir.

Ginekoloji yaxma bartolin vəzinin kistinin yaranmasına səbəb olan mikrob agentlərini təyin etməyə kömək edir. Bir sıra hallarda cinsi infeksiyaların törədicilərinin aşkarlanması məqsədilə İFA və PZR üsullarından istifadə olunur.

Müalicə

Adətən bartolin vəzin kisti boşluğunun sadə üsulla açılması və təmizlənməsi kifayət etmir: belə hallarda bir müddətdən sonra kistanın residivləri yaranır. Bu da kəsilmiş toxumaların yenidən birləşməsi və vəzin sekretinin axınının çətinləşməsi ilə izah olunur. Bununla əlaqədar cərrahi ginekologiyada vəzidən yeni axacağın formalaşması ilə aparılan üsullardan istifadə olunur.