• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Erkən menopauzanın qarşısının alınması

image description

Erkən menopauzanın qarşısının alınması

Keçirilmiş bir sıra ginekoloji cərrahi əməliyyatlar, güclü və uzunmüddətli streslər, ağır keçən bir çox xəstəliklər, arıqlama və digər buna bənzər hallar menopauzanı yaxınlaşdıra bilər.

Erkən menopauzanın əlamətləri:

  • aybaşının gecikməsi;
  • bəzi qadınlarda aybaşı siklinin qısalması;
  • aybaşı zamanı qan itirilməsinin xeyli dərəcədə azalması;
  • siklin ortasında qanaxma

Müayinə

Əgər həkim vaxtından qabaq klimaksın olmasından şübhələnmiş olarsa, qanın hormonlara görə (follikulstimullaşdırıcı hormon-FSH, estradiol, qalxanvari vəzinin hormonları, prolaktin və digər) müayinəsini, həmçinin yumurtalıqların həcmini və orada follikulların olmasını və sayını təyin etmək üçün ginekoloji orqanların ultrasəs müayinəsini - USM təyin etmiş olur. Müayinələr nəticəsində alınan göstəricilərə əsasən, həkim vaxtından qabaq və ya erkən klimaks diaqnozunu qoya bilər.

Müalicə

Erkən menopauzanın qarşısını almaq üçün:

  • siqaret çəkilməsindən imtina etmək;
  • streslər olduğu dövrlərdə müvafiq məsləhət və müalicə üçün həkim-nevropatoloqa müraciət etmək;
  • düzgün qidalanma; burada zülallar xüsusi əhəmiyyətə malikdir;
  • yuxunun kifayət qədər olması; yuxunun gün ərzində 7-8 saatdan az olmaması çox vacib hesab olunur.
  • fiziki aktivlik; bu, istənilən yaşda olan qadınlar üçün çox vacibdir;