• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Menstrual sikl pozulmaları

image description

Yumurtalıqların hipoplaziyası və yırtılması

Müayinə

Ginekoloji müayinədə xarici cinsiyyət orqanlarının hipoplastik quruluşu, nazik, piqmentləşməmiş kiçik cinsiyyət dodaqları, dar, qeyri-elastik, qısa uşaqlıq yolu, uşaqlıq infantilizmi qeyd olunur. USM, US-histerosalpinqoskopiya zamanı yumurtalıqlar və uşaqlığın ölçülərinin kiçilməsi, qıvrılmış, nazik, uzanmış fallop boruları müşahidə olunur.

Bazal hərarət birfazalı olur. Yumurtalıqların hipoplaziyasında uşaqlıq boynu seliyinin müayinəsi hipoestrogeniyanın əlamətlərini (mənfi və ya zəif ifadəli «bəbək» simptomu) aşkar etməyə kömək edir.

Yumurtalığın apopleksiyası (yumurtalığın apopleksiyası) - ovarial toxumaya qansızma, qarın boşluğuna müxtəlif dərəcəli qanaxmalar və kəskin ağrı sindromu ilə müşahidə olunur. Diaqnostika ümumi müayinə, uşaqlıq yolunun arxa tağının punksiyası, kiçik çanağın USM, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Dəqiq diaqnozun qoyulması üçün qadına qan analizi və USM təyin olunur. Lazım olduqda laparoskopiya keçirilir ki, bu zaman tək diaqnoz qoymaq yox, müalicə etmək mümkün olur. Xəstəliyə diaqnozun qoyulması kliniki gedişə, anamnezə və obyektiv müayinələrə əsaslanır.

Müalicə

Yumurtalıqların hipoplaziyası zamanı müalicənin başlıca məqsədi hormonal və reproduktiv funksiyaların bərpasından ibarətdir. Terapiyanın əsasını siklik hormonoterapiya təşkil edir. I mərhələdə hormonoterapiya estrogen fonun yaradılmasına, aybaşıyabənzər reaksiyaların yaranmasından sonra isə siklik hipotalamo-hipofizar-yumurtalıq-uşaqlıq proseslərin normallaşmasına yönəldilir. Hormonoterapiya follikulometriyaya nəzarət olunmaqla aparılır. Eyni zamanda vitaminoterapiya, fizioterapiya (maqnitoterapiya, maqnitolazeroterapiya, ultrafonofarez və s.), ginekoloji massaj, balneoterapiya təyin olunur.

Yumurtalığın apopleksiyasının ağrılı və daxili qanaxma forması ayırd edilir. Xəstəlik zamanı qanaxma uzunmüddətli olduqda anemiya müşahidə edilir. Qanaxma çox olduqda isə müalicə cərrahi yolla aparılır. Bu zaman xəstənin yumurtalığı xaric edilir.

Yumurtalığın apopleksiyasının müalicəsi əksər hallarda cərrahi yolla aparılır. Vaxtında yardım göstərildikdə və ağırlaşmaların müşahidə olunmadığı hallarda sağlamlıq və növbəti Müayinələr və müalicələr üçün proqnoz qənaətbəxş sayılır.