• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə
image description

Yumurtalıq kistləri

Müayinə

Yumurtalığın kistasının diaqnostikasında aşağıdakı üsullardan istifadə olunur:

  • Anamnestik məlumatlar və xəstənin şikayətlərinin toplanması
  • Yumurtalıqlar nahiyəsində patoloji törəməni, onların hərəkətliyi və ağrılı olmasını aşkar edən bimanual (ikiəlli) ginekoloji müayinə
  • Transabdominal və ya transvaginal ultrasəs diaqnostika. Bu müayinə üsulu ilə kiçik çanaq orqanlarının vəziyyətinin exoskopik şəkli əldə olunur. Hal-hazırda USM yumurtalığın kistasının diaqnostikası və onun inkişafının dinamik müşahidəsinin ən dəqiq və təhlükəsiz üsulu hesab edilir.
  • Qarın boşluğunda ekssudat və ya qanın olmasını (adətən ağırlaşmış kistalarda) təyin edən uşaqlıq yolunun arxa tağının punksiyası
  • Diaqnostik laparoskopiya. Bu metod həmçinin yumurtalığın kistasının xaric olunmasına, törəmənin histoloji müayinəsinə və şişin növünün son diaqnozuna imkan yaradır.
  • Qanda yumurtalıq onkomarkerinin СА-125 təyini. Menopauza dövründə onkomarkerin yüksək səviyyəsi bütün hallarda kistanın maliqnizasiyasına dəlalət edir. Reproduktiv fazada isə onun konsentrasiyasının artması artımların iltihabı, endometrioz, yumurtalıqların sadə kistaları ilə də bağlı ola bilər.
  • Kompüter və ya maqnit-rezonans tomoqrafiya (KT və ya MRT). Bu üsul vasitəsilə yumurtalıq kistasının yerləşməsi, ölçüləri, quruluşu, möhtəviyyatı və onun qonşu orqanlara görə vəziyyəti müəyyənləşdirilir.

Müalicə

Yumurtalığın kistasının müalicə taktikası törəmənin xarakterindən, kliniki simptomların ağırlıq dərəcəsindən, xəstənin yaşından, onun reproduktiv planından, bədxassəli prosesin yaranma riskindən asılıdır. Gözləmə taktikası və konservativ müalicə funksional xarakterli və ağırlaşmamış gedişli yumurtalıq kistalarında icazəlidir. Adətən belə hallarda 2-3 aybaşı sikli ərzində mono-və ya ikifazalı oral kontraseptivlər, А, В1, В6, Е, С, К vitaminləri, homeopatik müalicə təyin olunur.