Menopauza (klimaks)
Menopauza dedikdə qadında aybaşının kəsilməsi nəzərdə tutulur. Bir qadına menopauzada olduğunun deyilə bilməsi üçün son aybaşı siklinin üzərindən 1 il keçməlidir. Menopauza bir xəstəlik deyil. Qadın həyatının bir dövrüdür. Çünki menopauza qadın orqanizminin bir dövrünün bitib yeni bir dövrünün başladığı xüsusi bir müddətdir. Gənc qızlarda artıma dövrünün başladığının işarəsi olan ilk adət ilə başlayan dövr, menopauza adı verilən son adət ilə bitmiş və qadının doğuş qabiliyyəti sona çatmış sayılır.
40 yaşından əvvəl menopauzaya girmək “erkən menopauza” olaraq adlandırılır.Menopauza daha çox 45-60 yaş aralığında götrülür. Dünyada menopauza üçün götürülmüş orta yaş aralığı 51-dir.
Düzdür, menopauzanın bir xəstəlik olmadığı deyilir. Lakin menopauza dövründə yaranan bəzi dəyişikliklər qadının həyatını dərindən və elə mənfi təsir göstərir ki, bu vəziyyət bir çox xəstəliklərin ortaya çıxmasına və qadının həyat keyfiyyətinin azalmasına səbəb olur.
Menopauza prosesi qəfildən meydana çıxan bir dövr deyil. Menopauza dövründəki dəyişiklikləRin əsassəbəbi qadınlıq hormonu olan ostrogenin yumurtalamanın dayanması nəticəsində azalmasıdır. 40 yaşından sonra qadınlarda əvvəlcə yumurtalamanın azalmasına bağlı olaraq nizamsız adət qanaxmaları yaranır. Sonra temperaturanın artması, tərləmə, həyəcan, yuxusuzluq, əsəbilik, depressiya, unutqanlıq, halsızlıq, cinsi istəkdə (libido) azalma, sümük əriməsi (osteoporoz), damar sərtliyi (ateroskleroz), cinsi orqanlarda çəkilmə (atrofiya), quru, ağrılı cinsi əlaqə, sidik qaçırmağa qədər olan sidik yollarında atrofiya ortaya çıxmaqdadır.
Menopauzanın qarşısını almaq təbii ki, mümkün deyil. Lakin mənfi təsirlərinin qarşısını almaq üçün hələ menopauzanın erkən mərhələsində aşkarlanıb diaqnozun qoyulması mütləqdir. Menopauzaya keçid dövründə, Xəstəliklər və nizamsız qanaxmaya səbəb ola biləcək bədxassəli xəstəliklər ayırd edilməlidir. Bunun üçün nadir olaraq adət olan, temperaturası olan, döyüntü, tərləmə və psixoloji dəyişiklikləri olan bir qadının qan analizlərində, yumurtalıqlara xəbərdarlıq edən hormon (FSH, LH) səviyyələri artmışsa diaqnoz daha dəqiq və erkən qoyulmuş olur və müalicə də dərhal başlanılır.
Aybaşılar 40-45 yaşdan əvvəl kəsilmiş olarsa bu, erkən menopauza adlanır. Həm vaxtından qabaq, həm də erkən menopauza əksər hallarda irsi təbiətə malik olurlar.
Keçirilmiş bir sıra ginekoloji cərrahi əməliyyatlar, güclü və uzunmüddətli streslər, ağır keçən bir çox xəstəliklər, arıqlama və digər buna bənzər hallar menopauzanı yaxınlaşdıra bilər.
Erkən menopauzanın əlamətləri:
- aybaşının gecikməsi;
- bəzi qadınlarda aybaşı siklinin qısalması;
- aybaşı zamanı qan itirilməsinin xeyli dərəcədə azalması;
- siklin ortasında qanaxma
