Sonsuzluq
Birincili sonsuzluq – reproduktiv dövrün əvvəlindən qadının mayalanma qabiliyyətinə malik olmamasıdır. Yəni qadın orqanizminin anadangəlmə və ya cinsi həyatın başlanmasından əvvəl keçirilmiş patologiyaları ilə əlaqədar hamiləliyin baş tutmamasıdır. Anadangəlmə səbəblərə kiçik çanaq orqanlarının anatomik qüsurları aiddir.
İkincili sonsuzluq –və ya qazanılmış sonsuzluq orqanizmdə sonradan yaranan patalogiyalar nəticəsində olur. Qadınlarda ikincili sonsuzluğa səbəb olan faktorlar: hormonal dəyişikliklər, ginekoloji xəstəliklər, endokrin xəstəliklər, psixogen xəstəliklər, infeksiyalar və s.50% hallarda ikincili sonsuzluğa kişilər səbəb olur.
Boru sonsuzluğu-Kiçik çanaq orqanlarının funskional pozğunluqları və onların üzvi dəyişiklikləri uşaqlıq borularının keçiriciliyinin pozulmasına gətirib çıxarır. Funksional pozğunluq heç bir anatomo-morfoloji dəyişiklik olmadan uşaqlıq borusu divarlarının saya əzələ liflərinin tonusunun azalması və ya artması, epitel qatı kirpiklərinin hərəkətinin zəifləməsi, selik ifrazının azalması ilə təzahür edir.
Endokrin sonsuzluğun -səbəbindən asılı olmayaraq, onun əsasında yumurtalıqların funksiyasının kəskin pozulması dayanır. Bu davamlı olaraq ovulyasiyanın olmaması və ya qeyri-müntəzəm olması ilə xarakterizə olunur.
Erkən klimaks- sonsuzluğun səbəbi olaraq bilinir və yumurtalıqların vaxtından əvvəl üzülməsi ilə müşaiyət olunur.
İmmunoloji sonsuzluq – Sonsuzluğun bu formasında qadının immun sistemi həyat yoldaşının spermatozoidlərinə və/ və ya, özünün yumurta hüceyrələrinə qarşı anticismlər hazırlamış olur.
Psixoloji sonsuzluq - Stress halları, həyəcan, neqativ emosiyalar da mayalanma ehtimalını azalda biliər.
Mütləq və genetik sonsuzluq – uşaqlığın, boruların və ya yumurtalığın olmaması. Əgər sonsuzluq genetik səbəblərlə əlaqədardırsa, onda yumurtahüceyrə ümumiyyətlə yetişmir.
