Bartolin vəzi kisti
Bartolin vəziləri dedikdə, uşaqlıq yolu girəcəyində cüt şəkildə yerləşən hansı ki, funksiyası selik ifraz edərək vulvanı və xarici genital hissəni nəmləndirməkdən ibarət olan vəzilər nəzərdə tutulur.
Bartolin vəzinin axacaqları tutulduqda xaricə axmalı olan selik maye toplanaraq daxildə qalır və kista əmələ gətirir. Bu zaman bartolin vəzinin ölçüsü böyüyür və hətta yumurta boyda ola bilir. Xəstəlik irəlilədikcə vəzi infeksiyalaşaraq bartolin vəzi absesinin əmələ gəlməsinə səbəb olur.
Bartolin vəzin kisti cinsiyyət dodaqlarının əsasında şişkinlik, yerimə, sidik ifrazı, defekasiya aktı, cinsi əlaqə zamanı diskomfortla təzahür edir.
Bartolin vəzi kistinin kliniki əlamətləri ağrı, həmin nahiyyədə qızartı və şişkinlik, oturarkən və cinsi əlaqə zamanı baş verən narahatçılıq olaraq bilinir.
Bartolin vəzi kistinə infeksiya düşdükdə isə xəstəliyin əlamətləri daha da kəskinləşir və abses əlamətləri meydana çıxır. Bir abses olduqca şiddətli ağrılara səbəb olur. Bu ağrı çətin dayanır və ağrı kəsicilərə zəif cavab verən bir ağrıdır və abses boşaldılmadığı təqdirdə proses davam edir. Bəzi hallarda abses öz-özünə partlayaraq boşalır və ya həkim tərəfindən boşaldılır.
