Plasenta previa
Plasenta previa dedikdə Xəstəliklər zamanı uşağın ciftinin uşaqlıq boynunun daxili dəliyinə yaxın yerləşməsinə yaxud da ən pis halda dəliyi qapadaraq orada yerləşməsinə deyilir. Daha aydın desək, plasenta previa-doğum kanalının qapanmasıdır.
Plasenta previa tam və qismi ola bilir.
Tam və qismi olmasından asılı olmayaraq hər iki hal həm ana, həm də uşaq üçün olduqca risklidir.
Ana üçün risk faktoru kimi baş verən ani bir qanama misal ola bilər. Əsas əlamət qanamanın ağrısız olmasıdır. Qanama ani qan itirməyə səbəb olduğu üçün ana hemodinamik şoka düşür. Qan itirmə ananın ölümünə də səbəb ola bilir.
Uşaq üçün risk faktorları aşağıdakılardır:
- Erkən doğuş və ya düşük
- Körpədə qan azlığı
- Körpənin uşaqlıqda doğuş üçün maneə yarada biləcək pozisiyası
