• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Uşaqlıq artımlarının iltihabı

image description

Uşaqlıq artımlarının iltihabı

Uşaqlıq artımlarının iltihabı – yumurtalıq və uşaqlıq borularında gedən iltihabi prosesdir. Patologiyanın səbəbi uşaqlıq artımlarına daxil olan bakteriya və viruslardır. Xəstəliyin əsas təkanverici amili yerli və ümumi immunitetin zəifləməsi ilə nəticələnən soyuqlamadır. Uşaqlıq artımlarının iltihabı müxtəlif simptomatika ilə təzahür edir: qarnın aşağı hissəsində dartıcı ağrılar və az miqdarda ifrazatdan tutmuş aybaşı siklinin pozğunluqları ilə müşayiət olunan kəskin iltihabı prosesə kimi.

Pasiyentlər arasında cavan qadınlar və yaşı 30-dan az olan qızlara daha çox rast gəlinir, onlar həm də risk qrupunu təşkil edirlər. Bu ilk növbədə cinsi azadlıq, cinsi partnyorların tez-tez dəyişdirilməsi, cinsi infeksiyalar ilə yoluxma riskini azaldan baryer kontraseptivləri əvəz edən KOK-un istifadəsi ilə əlaqədardır.

Xəstəliyin törədiciləri bağırsaq çöpləri, qonokokk, xlamidiya, strepto-, stafikokokk, göbələklər və onların assosiasiyaları olur. Qalxan infeksiyanın çox rast gəlinən səbəbləri uşaqlıq yolunun normal mikroflorasının və yerli immunitetin pozulmaları ilə müşayiət olunan cinsi yolla ötürülən xəstəliklər, gigiyenik qaydalara riayət olunmaması, cinsi partnyorların tez-tez dəyişdirilməsidir.

Uşaqlıq artımlarının iltihabı kəskin və xroniki gedişə (residivlərlə və ya residivsiz) malik olur. Uşaqlıq artımlarının kəskin iltihabının kliniki şəkli ifadəli əlamətlərlə müşahidə olunur. Zədələnmiş orqan tərəfdə lokazlizasiya olunmuş və ya bütün qarın boşluğuna yayılan, düz bağırsaq, büzdüm, belə irradiasiya olunan ağrı, bədən hərarətinin yüksəlməsi (38-40°С), ifrazat (o cümlədən irinli ifrazat) aşkar olunur. İnfeksion prosesin kliniki təzahürləri – qusma, ishal, halsızlıq, AT və nəbzin azalması, ürək-damar sisteminin dəyişiklikləri, böyrək çatışmazlığının əlamətlərinə rast gəlmək mümkündür.

Uşaqlıq artımlarının xroniki itihabının əlamətlərinə qarnın aşağı hissəsində dartılan, vaxtaşırı güclənən ağrı hissi, bədən hərarətinin periodik olaraq az nəzərəçarpan və ya mülayim dərəcədə qalxması (38°С – yə qədər), müxtəlif intensivlik və rəng dəyişikliyinə malik ifrazat aiddir. Əlamətlər siklik xarakter daşıyır və keçib gedir, residivlər isə 7 günə qədər davam edir. 50% hallarda aybaşı siklinin pozğunluqları qeyd olunur. Menorragiya-güclü və uzunmüddətli aybaşı qanaxmaları; metroragiya - aybaşı arası dövrdə uşaqlıq qanaxmaları, oliqomenoreya inkişaf edə bilər.