• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Polikistik yumurtalıq sindromu

image description

Polikistik yumurtalıq sindromu

Polikistik yumurtalıq sindromu təxminən 15% qadında tez-tez rast gələn endokrin xəstəlikdir. Mərkəzi sinir sistemi, hipofiz vəzi, yumurtalıqlar, böyrəküstü vəzi və digər orqanları arasında qarşılıqlı əlaqənin pozulması nəticəsində meydana gəlir. Səbəblər arasında ən çox genetik faktorlara yer verilsə də, qidalanma, hərəkətsizlik, stress də sindromun ortaya çıxmasına meyllilik yaradan faktorlardır. Polikistik yumurtalıq sindromunda follikul inkişafını tamamlayıb çatlaya bilmir və çox sayda kiçik ölçülü follikullar şəklində qalır, ultrasəs müayinəsində kiçik kistlər şəklində görünür.

  • Polikistik yumurtalıqlar sindromunun klinik əlamətləri kimi xəstələr aybaşı siklinin pozuması və sonsuzluqdan şikayətlənirlər. Nadir hallarda xəstəlik amenoreya (aybaşının heç olmaması ilə) özünü göstərə bilir.
  • Pasiyentlərin əksəri artıq çəkidən əziyyət çəkir, bu zaman piyin ən çox qarın bölgəsində yığılması xarakterdir.
  • Digər əsas əlaməti ovulyasiya prosesinin pozuması hesab olunur. Belə sindromlu hər 6 qadından birində, anovulyator sonsuzluq müşahidə olunur. Qalan qadınlarda isə periodik baş verən ovulyasiyaların hesabına, spontan hamiləliyin baş verməsi mümkündür.
  • Androgenlərin artıq ifrazının nəticəsində belə pasientlərin orqanizmində hirsutizm, allopesiya, akne və seboreya kimi dəri əlamətləri olur.