• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Mioma və hamiləlik

image description

Mioma və hamiləlik

Əlbəttə ki, hamiləlik və mioma eyni anda olduqda bir birinə təsirsiz ötüşmür. Bu zaman mioma düyünlərinin geri çəkilməsi yaxud inkişaf halları da mümkündür. Lakin çox zaman hamiləlik zamanı miomaların ölçüləri böyüyür. Ancaq bu, həqiqi böyümə deyildir. Hamiləlik zamanı miomanın böyüməsinə səbəb mioma toxumasında meydana çıxan ödem, qan təchizatındakı artım və miomanın degenerasiya olunaraq daxilinə qanamasıdır. Hamiləlikdə degenerasiya adətən ikinci və üçüncü trimestrlərdə olur. Bu zaman şiddətli ağrılar və uşaqlığın həssaslığı kimi əlamətlər müşahidə olunur. Yataq rejimi və ağrıkəsicilərin istifadəsi ilə müalicə aparılır. Cərrahi müalicə məsləhət görülmür, çünki hamiləlik zamanı bu əməliyyat qanaxma ilə ağırlaşa bilər. Əməliyyat doğuşdan 3 ay sonraya qədər təxirə salınır. Bu zaman uşaqlığın qan təchizatı azalır, miomanın ölçüləri kiçilir, beləliklə, yarana biləcək ağırlaşmaların riski azalır.

Baş verə biləcək ağırlaşmaların qarşısını almaq üçün həkiminizə tez zamanda müraciət etməyiniz vacibdir. Mioma fonunda hamiləlik zamanı baş verən ağırlaşmalar:

  • erkən və gec düşüklər
  • dölün qeyri-düzgün vəziyyətləri
  • plasentar çatmamazlıq
  • dölün inkişafının dayanması
  • dölün bətndaxili hipoksiyası
  • hamiləliyin pozulması
  • dölyanı mayenin az olması yaxud vaxtından qabaq axması

Mioması olan qadın doğuşdan həmən qabaq xəstəxanaya yerləşdirilməli və ümumi baxış olmalıdır. Doğum sırasında yarana biləcək hər çür ağırlaşma qiymətləndirilməlidir. Bunlara misal olaraq aşağıdakıları deyə bilərik:

  • doğuş fəaliyyətinin anomal olması
  • qanaxma
  • plasentanın anomal ayrılması, xüsusən miomatoz düyün nahiyəsində yerləşdikdə və s.

Diaqnostika zamanı qarın dairəsi ölçülür, USM müayinəsi aparılır, qanın laxtalanma səviyyəsi çox vaxt artığı üçün oda mütləq müəyyən olunur. Mioması olan hamilələrdə dölə aid problemlər yoxdursa, fizioloji doğuşa üstünlük verilə bilər. Miomektomiya əməliyyatı keçirmiş qadınlarda hamiləlik qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmalıdır.

Müasir dövrdə tibbi sahədə olan yeniliklər miomadan sonra belə normal hamilə qalmaq imkanı verir. Bunlardan biri də miomalar üzərində miomektomiya əməliyyatı və embolizasiya üsuludur. Bu metod miomadan uşaqlıq orqanı xaric edilmədən qurtulmaq imkanı verir.