Bətndaxili tonus
İnsanın istənilən əzələsinin və ya əzələli orqanın tonusu vardır, yəni sinir sisteminin təsiri altında o, stabil gərginlik vəziyyətində olur. Bu vəziyyətdə əzələ lazım gəldikdə, yığılır. Normal vəziyyətdə uşaqlığın da tonusu olur, bəzi hallarda o, artıq (hiper), digər hallarda isə az (hipo) olur. Tonusunu artırmaqla uşaqlıq doğuşa hazırlaşır ki, bu da tamamilə normal haldır.
Tonuslu hamiləlik nəticəsində düşüklər baş verə bilər və hamilə qadınlar körpələrini itirməklə üz – üzə qala bilərlər. Hər qadın ilk növbədə özü – özünə diqqətli yanaşmalıdır. Ən kiçik narahatlıq halında həkimə yaxud da ki, ətrafındakı şəxslərə bildirməlidir.
Tonusun baş vermə səbəbləri:
- Hormonal problemlər –bu problem hamiləlik zamanı lazımi hormonların kifayət qədər olmaması səbəbindən irəli gəlir.
- Toksikoz – erkən baş verən toksikoz güclü qusma ilə nəticələnir.Bu da uşaqlıq yolunun gərginləşməsinə səbəb olur.
- Uşaqlıq yolunun quruluşunun düzgün olmaması – cinsi orqanlarının quruluşunun pozulmuş vəziyyətdə olması da güclü tonusun yaranmasının ən böyük səbəblərindəndir.
- Döl və ana arasında olan qan rezus faktorunun tərs olması – ana və uşağın qan rezusunun uyğunsuz olması tonusu yaradan ən böyük faktorlardan biridir.
- Bağırsaqların fəaliyyətinin pozulması nəticəsində - uşaqlıq yolunun gərginləşməsi və qazların yaranması nəticəsində də tonus yüksələ bilir.
- Psixoloji problemlər – tam alınmayan yuxu, stress, depressiya bütün bunlar anada tonusun yüksəlməsinə gətirən səbəblərdəndir.
Uşaqlığın tonusunun ağrısız olaraq artması (hətta bir gün ərzində dəfələrlə baş versə belə) nə ananın, nə də uşağın sağlamlığına təhlükə kəsb etmir və müalicəyə ehtiyacı yoxdur. Lakin hamiləliyin kəsilməsi təhlükəsi yarandıqda, təcili tədbirlər görülməlidir.
