Mama-Ginekoloq Dr. Anar Abdullayev
Mama-Ginekoloq Dr. Anar Abubəkir oğlu Abdullayev 24.08.1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 11 nömrəli orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi ixtisası üzrə tam kursu başa vurmuş, 2006-cı ildə Həkim Terapevt ixtisasına yiyələnmişdir
2006-2007-ci illər ərzində Gəncə Şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında İnternatura kursu keçmiş və komissiya qərarına əsasən Həkim Terapevt ixtisası almışdır.
2008-ci ildə Rusiya Federasiyasında komissiya qarşısında yoxlama sorğusundan keçib diplomunu təsdiq etdirərək peşəkar Həkim Terapevt ixtisasına sahib olmuşdur.
2008-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə daxil olmuş, 2010-cu ildə Universiteti bitirərək Mama-Ginekoloq ixtisasına yiyələnmişdir.
Hal-hazırda Gəncə şəhəri Yeni Gəncə Tibb Mərkəzində Doğum şöbəsinin müdiri, Həkim Mama-Ginekoloq vəzifəsində çalışır. Ailəlidir, 1 qız övladı var.
Müalicə edilən Xəstəliklər
Xəstəliklərin yaranma səbəbləri
Xəstəliklər morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulmasıdır. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir.
