Uşaqlıq boynu eroziyası
Həqiqi eroziya çox nadir hallarda rast gəlinir, ona görə həm də, psevdoeroziya və ya ektopiya adlandırılan uşaqlıq boynunun eroziyası dedikdə selikli qişanın defekti nəzərdə tutulur. Eroziya toxuma defekti deməkdir. Uşaqlıq yolunun eroziyası bəzən epitel toxumasının xərçəngönü vəziyyəti kimi də qiymətləndirilir.
Uşaqlıq boynunun eroziyasının 3 növü ayırd edilir:
- Həqiqi;
- Psevdoeroziya;
- Anadangəlmə.
Uşaqlıq boynunun həqiqi eroziyası onun vaginal hissəsində xarici əsnək ətrafında yastı epitelin zədələnməsi və deskvamasiyası nəticəsində əmələ gəlir.
Psevdoeoziya sağalma prosesində yastı epitel qüsuru uşaqlıq boynu kanalından eroziya səthinə yayılan silindrik epitellə əvəz olunur. Çoxqatlı yastı epitel hüceyrələri ilə müqayisədə silindrik epiteliositlər daha parlaqdır. Eroziya səthi al-qırmızı olaraq qalır.
Uşaqlıq boynunun anadangəlmə eroziyası servikal kanalı örtən silindrik epitelin onun hüdudlarından kənara çıxması nəticəsində yaranır. Epitelin yerdəyişməsi (ektopiyası) bətndaxili inkişaf dövründə baş verdiyindən belə eroziyalar anadangəlmə sayılır.
Əmələ gəlmə səbəblər kimi erkən intim həyata başlamaq, cinsi infeksiyalar və iltihabi xəstəliklər, travmalar, hormon və immun çatışmazlığını göstərmək olar. Xəstəlik əmələ gəldiyi vaxtlarda əsasən əlamətlər vermir. Bəzi hallarda isə xəstələr irinli və qanlı axıntının olmasından,cinsi əlaqə zamanı qanlı ifrazatın olmasından şikayət edirlər.
Müalicə xəstəliyi əmələ gətirən səbəblərdən və onun ağırlıq dərəcəsindən asılı olaraq aparılır.Müalicə aşağıdakılardan ibarətdir:
- iltihabəleyhinə dərman preparatlarından
- antibakterial və virusleyhinə müalicə üsullarından
- immunitet artırıcı müalicədən
- yerli turşuluğu azaldan siroplardan
- zədlənmiş nahiyənin azotla silinməsindən
- Co2 lazervaporizasiya
Profilaktika məsədilə ən azı ildə bir dəfə ginekoloqun müayinəsində olmağı məsləhət görülür. Xəstəliyə nə qədər erkən diaqnoz qoyularsa, onun müalicəsi də qısa müddət tələb edər.
