• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Bunu et!–Bunu etmə!

image description

Bunu et! – Bunu etmə!

Etmə-×

  • Spirtli içkilər və siqaret qəti şəkildə qadağandır!
  • Qəhvə içmək olmaz!- Qəhvə ürək-damar sistemini yükləyir ki, bu da hamiləlik zamanı təhlükəlidir.
  • Həkimin təyini olmadan hər hansı dərman içmək qadağandır! - Bir çox dərmanlar hamiləlik zamanı qadağandır. Bu səbəbdən istənilən dərmanı qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
  • Müalicəvi bitkilərdən istifadə etməyin! - Bəzi müalicəvi bitkilərin qəbulu hamiləlik zaman dölsalmaya səbəb ola bilər
  • Ağır şeylər qaldırmaq və daşımaq qadağandır!
  • Qarın boşluğunun rentgen müayinəsindən keçmək olmaz! Ana namizədi sağlamlığı riskə girəcək qədər bir problem daşımırsa rentgen çəkilişinin doğum sonrasına saxlanılması daha uyğundur.
  • Ağır və ya xroniki stresslərə məruz qalmayın!
  • Duzlu qidalardan uzaq durulmalıdır.

Et-✔

  • Sağlam qidalanın!
  • Süd və süd məhsulları çox bol istifadə olunmalıdır.
  • Balıq məhsulları da çox aktualdır.
  • Çovdar unundan və hansısa meyvənin suyu ilə bişirilmiş şirniyyat məsləhət görürük.
  • Gündəlik dəmir ehtiyyacını qarşılamalısınız.
  • Hərəkətsiz qalmayın. Hamiləlik dövründə idmanın və fiziki hərəkətlərin rolu çox böyükdür.
  • Gündə 1,5-2 litr təmiz və yumşaq su istehlak edilməlidir.