Müalicə edilən Xəstəliklər
Xəstəliklərin yaranma səbəbləri
Xəstəliklər morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulmasıdır. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir.














