• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Erkən düşüklərin qarşısının necə ala bilərik?

image description

Erkən düşüklərin qarşısının necə ala bilərik?

Müayinə

Diaqnostika anamnestik məlumatları, obyektiv müayinə, laborator müayinələrin nəticələrinə əsaslanır. Qadının ümumi vəziyyəti, bədən temperaturu, ÜYT, TT və AT qiymətləndirilir, qarın nahiyəsi palpasiya olunur. Sonra güzgülərin köməyilə vaginal baxış və uşaqlığın ölçüləri, konsistensiyasını müəyyən etmək üçün bimanual müayinə aparılır.

Günümüzdə erkən düşüklərin diaqnostikasında ultrasəs müayinə (USM) aparıcı rol oynayır.

Müalicə

Erkən düşüklərin müalicəsi patologiyanın klinik forması və ananın qərarından asılıdır. Dölün bətndaxili ölümü aşkarlandıqda tibbi abort göstəriş hesab olunur. Hamiləliyin qorunması və erkən düşüklərin qarşısını almaq üçün gestagenlərdən istifadə edilir. Eləcə də hemostatik məqsədlə traneksam turşusu, ağrını aradan qaldırmaq üçün drotaverin tətbiq olunur. Ən pis halda hamiləliyi davam etdirmək mümkün olmadıqda tibbi küretaj icra olunur.

Erkən düşükdən qorunmaq üçün aşağıdakılara əməl edilməlidir:

  • Siqaret, alkoqol və narkotik vasitələrin qəbulundan imtina etmək;
  • Dölü qan və oksigenlə yaşxı təmin etmək üçün fiziki aktivliyi artırmalı;
  • Kofeinin günlük miqdarını 200mq-a qədər (1 fincan) məhdudlaşdırmalı;
  • Hamiləliyə və sonra doğuşa hazırlaşmaq üçün xüsusi vitaminlərin qəbulu;
  • Meyvə - tərəvəz tərkibli balanslaşdırılmış qidalanma;
  • Requlyar olaraq həkim qəbulunda olunmalıdır.
  • Artıq çəkidən qorunmalı;