Hamiləlikdə USM
Mamalıq- ginekologiya sahəsində ultrasəs müayinə üsulu bu sahədə aparılan müayinələri və ən əsası dölün ana bətnində inkişafının izlənməsinin kəmiyyət və keyfiyyət baxımından ən effektiv üsuludur. Ultrasəs müayinəsi- ultrasəs şüalarının müxtəlif orqan və toxumalar tərəfindən udub və əks etdirmə qabiliyyətindən asılı olaraq alınan təsvirin sonradan analizinə əsaslanan müayinə üsuludur.
Ultrasonografiyanın üstün cəhətləri çoxdur:
- Zərərsiz olması- çox sayda aparılmış tədqiqatlar göstərir ki, ultrasəs şüalarının ana bətnində inkişaf edən dölün müxtəlif strukturlarına, habelə ananın orqanizminə neqativ şüalanma təsiri yoxdur.
- Müayinənin ağrısız və eyni zamanda tez bir vaxtda aparılması.
- Ən əsas döldə yaranan müxtəlif inkişaf qüsurlarını erkən vaxtda aşkarlamaq
Hər bir hamilə qadın müayinəyə gəldikdə ilk növbədə ultrasəsin mənim körpəmə bir ziyanı varmı?-deyə maraqlanır. Təbii ki yox - ultrasəs müayinəsi rentgen deyil və dölün müxtəlif orqanlarına heç bir ziyanlı təsiri yoxdur.
Hər bir hamilə qadın hamiləlik dövründə minimal olaraq 4 dəfə ultrasəs müayinəsindən keçməlidir:
- Hamiləliyin 7- ci həftəsinə qədər - bu ərəfələrdə ultrasəs müayinəsi bizə normal hamiləliyi uşaqlıq boşluğunda təsdiq etməyə və bu müddətlərdə baş verən bir sıra patologiyaları aşkarlamağa imkan yaradır. Adətən ilk USM müayinəsi hamiləliyin 11-14-cü həftəsində təyin edilir.
- Hamiləliyin 12- 13 həftəsində- bu müddətlərdə aparılan ultrasəs müayinəsində döldə yaranmaq ehtimalı olan inkişaf qüsurlarını aşkar etmək mümkündür.
- Hamiləliyin 20- 25 həftələrində - döldə 90 % qədər yaranan inkişaf qüsurlarını aşkar etmək üçün ən optimal vaxt hesab edilir.
- Sonuncu müayinə doğuşa yaxın yəni 37-38 həftələrdə aparılmalıdır.
