Qeysəriyyə əməliyyatı
Qeysəriyyə üsulu ilə doğuş Təbii doğumdan bir qədər asan, tez və dəqiq proqnozludur. Əməliyyat narkoz altında aparıldığından ağrısızdır. Günümüzdə qeysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır. Doğuş sancılarından qorxan gənc xanımlar bu yolu asan hesab edirlər. Lakin səbəbsiz edilən qeysəriyyə əməliyatının da fəsadları var.
Bu zaman onurğa sümüyünün müəyyən hissəsinə ağrıkəsici vurulur. Və beldən aşağı hissə keyiyir. Anesteziyadan 6-12 saat sonra ayağa qalxmaq olar. Əməliyyat zamanı siz hər şeyi görür və eşidirsiniz.
Günümüzdə əməliyyat zamanı sintetik sapdan istifadə edilir. Bu isə 2 ay ərzində sorulur, heç bir fəsadı olmur. Əməliyyat zamanı oyaq olduğunuz üçün körpənizi ilk anda görür, onun vəziyyəti haqda bilirsiniz. Əməliyyatdan sonra siz xüsusi otağa gətirilirsiniz və müalicəniz davam edir. Bu zaman körpəni ana südü ilə qidalandırmağa icazə verilmir. Çünki bu zaman sizə antibiotiklər verilir. Və ən çətini isə odur ki, 24 saat tərpənmədən uzanmaq lazımdır. 1-ci gün ancaq qazsız su içmək olar. 2-3 günlər isə əksinə, daha çox hərəkət etmək, yəni sağa-sola dönmək lazımdır. ayağa qalxmağa icazə verildikdən sonra mütləq bandajdan istifadə edin. Bandaj əməliyyatdan sonrakı ağrıların qarşısını alacaq və siz rahat hərəkət edəcəksiniz.
Bəs nə zaman qeysəriyyə əməliyyatı vacibdir?
- Çanaq dar olduğu zaman;
- Uşaqlıq yolu dar olan zaman;
- Çanaqda sümük şişləri müşahidə olunarsa;
- Yumurtalığın həddən artıq şişməsi müəyyən olunarsa;
- Uşaqlıq yolunda hər hansı bir xəstəlik olarsa;
- Ciftin dölün boynuna 2 və ya daha artıq dolanması müşahidə olunarsa;
- Ciftin vaxtından əvvəl qopması müşahidə olunarsa;
- Doğuş zamanı ananı hər hansı təhlükə gözləyirsə;
- Dölün köndələn vəziyyəti zamanı;
- Gözü zəif olan qadınlara keysəriyyə əməliyyatı məsləhət edilir.
Bəzən hamiləliyin 7-ci ayında qanaxma baş verir. Həkimlərin müalicəsi nəticəsində hamiləliyi saxlamaq mümkün olsa da döl oksigen çatışmazlığından əziyyət çəkə bilər. Bu zaman qeysəriyyə əməliyyatı vacibdir. İlk övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadınlar 2-ci və ya 3-cü övladını da əksər hallarda elə bu yolla dünyaya gətirmək məcburiyyətindədirlər. Və bu, planlı şəkildə həyata keçirilir. Uşağın dünyaya gəlmə gününü həkimlər təyin edirlər. Bəzən isə uşaqlar öz doğum gününü özləri seçirlər.
Qeysəriyyə nə qədər asan üsul kimi görünsədə yalnız o zaman məsləhət görülür ki, təbii doğum təhlükəli və ya bəzi tibbi göstərişlər baxımından mümkün deyil. Qeysəriyyə əməliyyatı anesteziya (narkoz), infeksion və qanaxma (qanitirmə) kimi ciddi problemlər riskini yüksəldir.
