Təbii doğum
Təbii doğum dedikdə yetişmiş hamiləliyin heç bir tibbi müdaxilə olmadan dərmansız, iynəsiz, müvafiq bir zamanda təbii ağrılardan sonra baş verən doğuşdur.
Təbii doğum edə bilərəmmi sualı verməyin! Onsuzda bizim hamilə qadınlara ilk təklif etdiyimiz "təbii normal doğuşdur". Təəssüflər olsun ki, son illər təbii doğumların sayı çox azalıb.
Doğuşlar fərqli olur. Doğuşun gedişatı qadının fiziki və psixi xüsusiyyətlərindən asılı olur. Uşağın ana bətnində özünü normal hiss eləməsi, onun ürək döyüntülərinin səsi, qadının fiziki gücü və doğuma hazırlaşması da doğuşun idarə edilməsi zamanı nəzərı alınan vacib amillərdəndir.
Doğuş zamanı epidural anesteziyadan istifadə olunması doğuşun az ağrı ilə keçməsinə səbəb olur. Əksər hallarda doğuş zamanı ağrının azaldılmasına həqiqətən də ehtiyac duyulur. Çünki, doğuş sancıları başladığı andan etibarən qadın orqanizmi ağrını azaltmaq üçün təbii ağrıkəsici hormonların ifrazını dayandırır. Doğuş zamanı anesteziyadan istifadə etdikdə anesteziya uşağa zərər vemir. Əksinə ağrı hissi azaldığı zaman qadın sancılardan çoxda yorulmayaraq əsas gücünü doğuşun 2-ci dövrünə, körpəsinin dünyaya gəlmə dövrünə saxlayıb daha da möhkəm gücənərək uşağı xaric etməyə çalışacaq.
Bəzən Təbii doğumlar zamanı uşaqlıq yolunun giriş nahiyəsində kəsik aparmaq (epiziotomiya, perineotomiya) lazım gəlir. Buna ən çox uşağın başı çıxacaqda ilişib çölə çıxa bilmədiyi zamanlarda zərurət duyulur. Əksər hallarda uşağın başı iri olduqda kəsik aparılaraq doğuşun tez başa çatmasına şərait yaradılır. Söhbət Təbii doğumdan getdiyi zaman yuxarıda qeyd edilənlər əksər hallarda qaçılmaz olur.
Təbii doğumlar zamanı doğumdan qabaqananın psixoloji vəziyyətini nəzarət altına almaq lazımdır. Psixoloji cəhətdəndoğuşa hazır olan qadının doğuşu asan olur. Doğuş zamanı qadının özünü necəaparmasını, nəfəs alıb-vermənin idarə edilməsini, güc gəldiyi zaman nə etməklazım olduğunu doğuşdan əvvəl qadına başa saldıqda və doğuşu idarə edən zamanxatırlatdıqda doğuş daha rahat olur.
Təbii doğumun faydaları:
- Siz daha tez sağalacaqsınız, bu da öz növbəsində ana südü ilə qidalanmaya və körpənizə bağlanmağınıza kömək edir.
- Əgər siz təbii uşaqlıq yolu ilə doğumu (dərman istifadə etmədən) seçsəniz, sizin köməksiz doğum etmək üçün daha çox gücünüz olacaq və körpəniz doğuşdan sonra daha ayıq olacaq.
- Əgər gələcəkdə daha çox uşağınız olsa, siz uşaqlıq yolu ilə doğmağı bacaracaqsınız.
- Bu sizin körpənizin immun sisteminin güclənməsinə imkan yaradır.
- Bu daha ucuzdur və cərrah yaxud anestezioloqa heç bir ödəniş edilmir.
Normal vaginal doğuşun üç mərhələsi vardır:
- Sancılarınızın başlamasından serviks (uşaqlıq ağzı) açıqlığının tam olmasına qədər keçən ilk mərhələ
- Körpənizin doğuşu ilə tamamlanan ikinci mərhələ
- Plasentanın çıxmasıyla tamamlanan üçüncü mərhələ
Üçüncü mərhələnizdən sonra isə, qanama ya da cırıqlarınızın müayinəsi edilərək, əgər varsa cırıqlarınızın tikilməsi əməliyyatı ediləcək. Normal doğuş zamanı gələn hər sancınız, körpənizi sizə bir az daha yaxınlaşdırar. Ağrı, doğuşunuzun başladığını bildirən, bioloji bir işarədir. Doğuşunuzun ilk dövründə ağrınız bel, göbək ətrafı və çanaqda hiss edilər. ikinci mərhələdə isə, çanağınızın gərilməsi və vaginanızdan qaynaqlanan ağrı daha alt səviyyələrdə hiss edilər.
Vaginal doğumunuz sonrasında, bir neçə saat içində normal fəaliyyətlərinizi edə bilərsiniz. Doğumunuzu edər etməz körpənizi qucaqlaya bilər və əmizdirə bilərsiniz. Körpəniz sümük kanalınızdan keçib, vaginanızdan çıxarkən döş qəfəsində yaranan təzyiq, körpənizin ağciyərlərindəki mayenin çox böyük qisminin boşalmasına və nəfəsini daha rahat almasına köməkçi olar. Normal vaginal doğumun, ana və körpə üçün qeysəriyyəylə doğuşa görə üstünlükləri vardır. Əgər sağlam, çətinliksiz hamiləliyiniz olubsa, sizə Təbii doğum etməyinizi təklif edirik.
