• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Menstrual sikl pozulmaları

image description

Menstrual sikl pozulmaları

Aybaşı siklinin pozğunluqları menstruasiyanın ritmikliyi və intensivliyinin dəyişməsi: aybaşıarası intervalın, ifraz olunan qanın artması və ya azalması, aybaşı ritminin pozulması ilə təzahür edir. Aybaşı siklinin pozğunluqları aşağıdakı tiplər üzrə gedir:

  • amenoreya – aybaşının 6 aydan çox olmaması
  • hipermenstrual sindrom (hiperpolimenoreya, menorragiya):
  • hipermenoreya – gur aybaşı qanaxmaları;
  • polimenoreya – 7 gündən artıq davam edən aybaşı;
  • proyomenoreya– aybaşı intervalının 21 gündən az olması nəticəsində aybaşının tezləşməsi

Müayinə

Menstrual siklin pozulması diaqnozunun qoyulması zamanı anamnez, ginekoloji baxış, ultrasəs müayinəsi, ehtiyac yaranarsa, laborator analizlərə ehtiyac yaranır.

Müalicə

Müalicə üsulları diaqnoza görə fərqlənir. Menstrural tsiklin pozulmasına gətirib çıxaran səbəbə əsasən müalicə təyin olunur.

Aybaşı funksiyasının pozğunluqları çox zaman bətndaxili inkişaf dövründə dölün cinsiyyət orqanlarının təməlinin düzgün qoyulmaması və differensiasiya proseslərinin pozulmaları ilə əlaqədar olur. Qızlarda yumurtalıqların natamam inkişafına müxtəlif neqativ amillər: kimyəvi, medikamentoz, şüa agentləri, ananın infeksion xəstəlikləri səbəb ola bilər. Buna görə də aybaşı funksiyasının pozğunluqlarının profilaktikasına antenatal (bətndaxili) dövrdən başlamaq lazımdır. Düzgün qidalanma və həyat tərzi, ümumi və qadın sağlamlığının qayğısına qalmaq aybaşı funksiyasının pozulmalarının qarşısını almağa kömək edir.