Menstrual sikl pozulmaları
Normal aybaşı siklinin (dövrünün) əsas əlaməti onun mütəmadi requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (normal olaraq 28 gün hesab edilir) baş verir. Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı sikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edilir.
Menstrual siklin pozulmalarında ən çox rast gəlinən səbəblər:
- Cinsiyyət orqanlarının infeksiyası. Pozuntuların ən çox rast gəlinəni – kiçik çanaq orqanlarının infeksiyasıdı.
- Hormonal pozğunluq.Bu hormon əmələ gəlmənin müxtəlif səviyyəsində ola bilər.Ümumi müayinə planına qalxanabənzər vəzin müayinəsi, eləcə də böyrəküstü vəzlərin funksional müayinəsi daxil olmalıdır. Hormonal pozuntular yumurtalıqlar səbəbindən də ola bilər.
- Yumurtalıq Polikistozu - bəzən qadınlarda follikulyar apparat genetik olaraq elə qurulub ki, ömür boyu sürən aybaşı pozğunluqları müşahidə olunur.
- Həddən artıq fiziki yüklənmələr və ciddi dieta.
- Oral kontraseptivlər - əgər siz Xəstəliklərdən qorunma həbləri içirsinizsə, onda aybaşı pozğunluqları ilə qarşılaşa bilərsiniz.
- Yaş- bəlkə də elə bilirsiniz ki, yaş artdıqca həmişə aybaşının miqdarı azalaraq kəsilir. Ancaq Disfunksional uşaqlıq qanaxmaları kimi tanınan aybaşı pozğunluğu bu dövrün ciddi patologiyalarındandır.
- Yuxu rejiminin pis olması - Yuxu rejiminə riayət olunmaması, reproduktiv funksiyanın, ovulyasiyanın pozulmasına, hormonların düzgün ifraz olunmamasına səbəb olur.
- İqlim şəraitini dəyişilməsi də sikldə pozğunluq yarada bilər.
- Bəzi dərman preparatlarının qəbulu menstrual siklə təsir edə bilər,odur ki,hansısa dərmanı istifadədən öncə təsiri haqqında oxuyun.
