• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

Erkən düşüklər

image description

Erkən düşüklər

Hamiləliyin 12 həftəsinə qədər pozulması erkən düşük adlanır. Əksərən düşük qarnın aşağısında ağrı və qanlı axıntılarla müşaiyət olunur, lakin bəzən Xəstəliklər inkşafdan dayanır və günlərlə özünü heç nə ilə biruzə vermir. Belə halda inkişafdan qalmış Xəstəliklər diaqnozu USM zamanı aşkar olunur.

Erkən düşüklər mamalıqda ən geniş yayılmış ağırlaşmalardan hesab olunur, onlar spontan abortların təxminən 80%-ni təşkil edir və 70% hallarda hamiləliyin klinik təzahürlərindən əvvəl baş verir. 1/3 hallarda erkən düşüklər hestasiyanın 8-ci həftəsinə qədər embrionun olmaması səbəbindən yaranır.

Erkən düşüklər 50%-dən çox hallarda dölün xromosom mutasiyaları, xüsusən X-xromosumu üzrə autosom trisomiya, monosomiya və poliplodiyalarla bağlı olur. Spontan abortların az bir hissəsi dölə teratogen təsir edən və onun inkişafı üçün əlverişsiz mühit yaradan amillərin təsirindən baş verir. Onlara ananın zərərli vərdişləri, bəzi dərman vasitələrinin (QSİƏP, retinoidlər, antimikotik vasitələr, antidepressantlar), peşə zərərləri (ionlaşdırıcı şüalanma, toksinlər və s.) aiddir.

Erkən düşüklərə həmçinin yaş amili (40 yaşdan sonra spontan abort riski 40%-dən çox olur), cinsiyyət orqanlarının inkişaf anomaliyaları, piylənmə, qarın nahiyəsinin travması, xroniki səbəb ola bilər.