• info@anarabdullayev.az
  • +994 55 723 66 64
İş saatları: 09:00-17:00 B.ertəsi - Şənbə

İnfeksion xəstəliklər

image description

İnfeksion xəstəliklər

İnfeksion xəstəliklərə uşaqlıq, uşaqlıq yolu, yumurtalıq və yumurtalıq artımlarının iltihabi xəstəlikləri aiddir. Bu xəstəliklər əsasən cinsi yolla yoluxur. Xəstəliyin törədiciləri xlamidoz, trixomoniaz, qonoreya, kandidalar və s. digər mikrob və bateriyalardır. Qadınlarda olan cinsi infeksiyaların müxtəlif növləri var: herpes – virus infeksiyası, trixomonada, xlamidiya infeksiyası, uraplazma, insan papilloma virusu və s.

Cinsi infeksiyaların aşağıdakı geniş yayılan növləri var:

  • Virus
  • Göbələk
  • Bakterial (xamidiyalar)
  • Parazitlər (trixomonoz)

1.Vaginal kandidoz- ilə demək olar kihər bir qadın rastlaşıb. Adətən sintetik və dar olan alt paltarının yaratdığı qızartı və nəm onun inkişafına mühit yaradır. Bu infeksiyanı Candida cinsindən olan göbələk törədir. Əksər hallarda candidanIn olması normal sayılır. Lakin onların çox sürətlə və aktiv böyüməsi orqanizmə bir sıra mənfi təsirlər göstərir.İmmuniteti zəiflədərək antibiotik və immunodepressantların qəbulunu tələb edir.

2.Bakterial Vaginoz – vaginal Gardnerella, Hominis mikroplazmavə s. kimi mikroblar törədir. Bakterial vaginoz çox zaman immunitetin kəskin düşməsi, tez-tez cinsi partnyorların dəyişilməsi, Xəstəliklərdə, menopauza dövründə yaxud da antibiotiklərin qəbulu və natəmizlik halları zamanı yarana bilər. Adətən uşaqlıq yolundan qaşınma və göynəmə müşaiyəti ilə intensiv, pis qoxulu, ağ ifrazat görnürsə bu bakterial vaginozun əlamətləridir.

3.Sitemeqalovirus əslində bir növ herpes virusudur. Çox zaman öznü heç nə ilə aşkara çıxarmır, lakin Salpingit,adneksit və vaginit kimi çox ciddi fəsadlar yarada bilər. İnfeksiya əsasən zəif immunitetli insanlarda və hamilə qadınlara daha tez yayılır. Virusu seroloji sınaqların köməyi ilə aşkarlamaq mümkündür.

4.Xlamidiozu xlamidiya bakterialar tərədir.Bu bakterialar qorunmamş cinsi əlaqə zamanı və cinsi partnyorların tez tez dəyişilməsi zamanı ötrülür. Xəstəlik əlamətsiz keçir. Uşaqlıq yolu ifrazatları zamanı göynəmə hissi ilə özünü büruzə verir. Pis hallarda salpingitə çevrilə, cinsi əlaqədə ağrı yaxud aybaşı dövrləri arasında qanaxma ilə nəticələnə bilər.

5.Trixomoniazı törədələr trixomonalardır hansı ki, həm cinsi yolla həmdə kontakt yolu ilə yoluxur. Kontakt yolu dedikdə ümumi ayaqyolulardan, hamamlardan, saunalardan yaxud fərdi olmayan dəsmallardan istifadə nəzərdə tutulur. Trixomozlar kəskin əlamətləri ilə seçilir.Bunlara uşaqlıq yolundan gələn bol sarı yaxud yaşıl olan ifrazat, cinsi əlaqə zamanı ağrı və qaşınma misaldır. Müalicə antibioiklərin müşaiyəti ilə bir həftə davam edir. Vaxtında müalicə olunmayan trixomoniaz vaginit, sistit hətta sonsuzluqla belə nəticələnə və hamiləsinizsə vaxtından əvvəl doğuşa səbəb ola bilər.

6.İnsan papilloma virusu cinsi nahiyyədə ziyil və itiuclu kondilomalar yaradır. İmmuniteti güçlü insanlarda virusöz özünə keçə bilir. Virusun bəzi növləri təhlükəsiz hesab edilir. Lakin elə növlər vardır ki, bəd xassəli şişlərə belə çevrilir.